Millimizin üzvü oynadı, komandası məğlub oldu

01:01 - 13 Fevral 2014

Cihan Özkara 63 dəqiqə meydanda oldu
 
Türkiyə kubokunda  6-cı tur oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Eskişehirspor”a 0:1 hesabı ilə məğlub olub.
 
Özkara əsas heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, “Sivasspor” 3 xalla qrup sonuncusu olub.

Xəbər xətti