Bernhardt "Sumqayıt"ın məşqində

13:44 - 13 Fevral 2014

İdman direktoru faliyyətə başladı
 
AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş müvafiq qərara uyğun olaraq, Premyer Liqada çıxış edən bir neçə klubda artıq uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub.
 
Sportal.az xəbər verir ki, fevralın 1-dən etibarən "Sumqayıt" Futbol Klubunda işə başlayan almaniyalı mütəxəssis Frank Bernhardt dünən akademiyanın məşqində iştirak edib. 17 yaşadək futbolçulardan ibarət komandanın hazırlıq prosesinə qatılan adıçəkilən mütəxəssis gənclərə müəyyən tövsiyələrini verib.

Xəbər xətti