"Arsenal"da "Liverpul"la matçöncəsi şok itki

01:37 - 15 Fevral 2014

Kazorla bu matçı buraxmalı olacaq
 
İngiltərə Kubokunun 5-ci turunda bazar günü doğma meydanda "Liverpul"la qarşılaşacaq görüşəcək "Arsenal" bu oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlama verib.
 
O bildirib ki, Santi Kasorla xəstələndiyi üçün bu qarşılaşmada forma geyməyəcək.
 
Fransız mütəxəssis həmçinin qeyd edib ki, Flamini zədəsini sağaldıb və qarşıdakı görüşdə meydana çıxa bilər.
 
"Arsenal" - "Liverpul" matçı fevralın 16-da keçiriləcək.

Xəbər xətti