Futbolçumuz oynamadı, komandası məğlub oldu

00:26 - 16 Fevral 2014

Saşa Yunisoğlu oyunu ehtiyyat skamyasından izləyib
 
Türkiyə birinci liqasında növbəti turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Denizlispor” səfərdə “Ankaraspor”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
 
Saşa Yunisoğlu oyunu ehtiyatda keçirib.
 
Hazırda “Tekden Denizlispor” 22 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti