Zaur Əzizov: "Bu oyunda hakimlərdən qərəz axtarmağa dəyməz"

17:01 - 16 Fevral 2014

"Gördüm ki, azca da olsa, oyundan kənar vəziyyət var"

 

"Oyuna canlı baxırdım. Epizoddan da gördüm ki, azca da olsa, oyundan kənar vəziyyət var. Sonra "İdman Azərbaycan" kanalından baxanda gördüm ki, Mbilla bir az geridə dayanmışdı. Bu mənim şəxsi fikrimdi".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"ni meneceri Zaur Əzizov deyib. Əzizov oyunun nəticəsinə təsir edən səhvin şirdilməsini lazım bilməyib:

 

"Qəbələ" - "Xəzər Lənkəran" matçı elə qarşılaşma idi ki, hakimlər arxa planda qalırdı. Ola bilsin ki, yan xətt hakimi hardasa oyunun nəticəsinə təsir edəcək səhvə yol verib. Əgər bu gün "Xəzər Lənkəran" və "Qəbələ" tərəfi hakimlikdən danışmırsa, bu onların işinin öhdəsindən lazımınca gəldiyinin göstəricisidr. Hakimdi, xırda epizodlar gözdən qaça bilər. "Xəzər Lənkəran" və komandamız gözəl oyun sərgilədi. Ola bilər ki, hakimin gözündən qaçıb. Ümumiyyətlə bu oyunda hakimlərdən qərəz axtarmağa dəyməz".

Xəbər xətti