188 günlük həsrətə son

12:36 - 24 Fevral 2014

"Sumqayıt" 19 turdan sonra qalib gəldi
 
“Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb.
 
Sportal.az xəbər verir ki, ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri 23-cü turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyub.
 
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoydu.
 
Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik” (28) və “Göyəzən”ə (27) məxsusdur. 

Xəbər xətti