"Atletiko" milli komandamızla bacarmadı FOTOLAR

10:40 - 26 Fevral 2014

U-16 yığmamız hazırlıq oyunu keçirib
 
İspaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 
 
Sportal.az xəbər verir ki,  Atletiko" (Madrid) klubunun U-16 komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Bahadur Həziyev fərqlənib.
 
Xocalı qurbanlarının xatirəsinin yad olunması üçün oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.
 

Xəbər xətti