"Bakı" ilə oyunda 1 xal da pis olmaz" MÜSAHİBƏ

10:00 - 28 Fevral 2014

Tərzin Cahangirov: "Vallah, maaşlarımız vaxtında verilir"
 
"Sumqayıt"ın futbolçusu Tərzin Cahangirovun Sportal.az-a müsahibəi:
 
- Hesabat turunda iddialı komandalardan “Neftçi”ni məğlub etdiniz…
- Oyundan əvvəl çətin qarşılaşma olacağını bilirdik, oyuna yaxşı köklənmişdik. Yaxşı oynadıq və qələbə qazandıq.
 
- Oyundan əvvəl qələbə qazancağınıza inanırdın ?
- “Simurq”a böyükhesablı məğlubiyyət bizim üçün gözlənilməz oldu. “Neftçi” oyununa inanıb çıxmışdıq, futbolçuların hamısı əziyyət çəkdi, meydanda canımızı qoyduq və qələbə qazandıq. 
 
- Bu tur digər bir çətin, “Bakı” ilə oyununuz var…
- Gənc və yerli futbolçulardan ibarət komandayıq. Sizi inandırım ki, heç kimdən çəkinmirik. “bakı” ilə oyunda çıxıb meydanda vuruşacağıq, qələbə üçün oynuyacağıq. Bu oyunda qazanılan 1 xal da bizim üçün pis olmaz.
 
- Komandada ab-hava necədir ? Mətbuatda yayılan xəbərlərə görə, maaşlar verilmir ?
- Son oyunda “Neftçi”ni məğlub edib sonuncu pillədən qurtulduq, hər şey əladır. Maaşlara qalanda ki, Vallah maaşımz vaxtında verilir.
 
- “Qəbələ”dən icarə əsasında “Sumqayıt”a gəlmisən. “Qəbələ” rəhbərliyi səninlə əlaqə saxlayır ?
- Bəli, tez-tez əlaqə saxlayıb maraqlanırlar, uğrularım üçün çox sevinirlər, mənim uğurum onların da uğurudur.

Xəbər xətti