9 qol vuruldu, millimiz qalib gəldi

01:03 - 1 Mart 2014

Yığma komandamız "Rəvan"ı məğlub etdi
 
Bakı şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, millimizin rəqibi "Rəvan" klubunun U-19 komandası olub.
 
Qarşılaşma 5:4 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Yığmanın heyətində Mahir Mədətov, Elnur Cəfərov, Ehtiram Şahverdiyev (2 qol) və Yusif Nəbiyev fərqlənib.

Xəbər xətti