"Qarabağ" 3 pillə irəlilədi

12:30 - 5 Mart 2014

200 klubun yer aldığı siyahıda ölkəmizi yenə bir komanda təmsil edib
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, 200 klubun yer aldığı siyahıda ölkəmizi yenə bir komanda təmsil edib.
 
Ötən ayla müqayisədə 3 pillə irəliləyən "Qarabağ" klubu 110-cu pillədə qərarlaşıb. Aktivində 123,50 xal olan Ağdam təmsilçisi Malinin “Stad Malien de Bamako” klubu ilə eyni pilləni bölüşür.
 
Siyahıya isə ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu başçılıq edir. Hesabına 370 xal olan Münhen təmsilçisi bütün rəqiblərini qabaqlayıb. Madrid "Real"ı ikinci, "Barselona" isə üçüncü olub.

Xəbər xətti