"İnter" 3 xalı 5 qolla qazandı

16:44 - 10 Mart 2014

"Qəbələ" darmadağın oldu
 
Bu gün U-19 Liqasının bir görüşü keçirilib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 12-ci turdan təxirə salınmış "İnter" "Qəbələ" matçı "Şəfa" stadionun 4-cü meydançasında baş tutub. Bu qarşılaşma "bankirlər"in inamlı qələbəsilə başa çatıb- 5:0. "İnter"in heyətində Bilal Qənbərov və İlkin Sadiqov hərəyə iki qol vurub, digər topu isə rəqibin qapısından Vüsal Nağıyev keçirib.
 
Beləliklə, Vadər Nuriyevin yetirmələri ilk iki dövrəni üçüncü pillədə başa vurublar.
 
Qeyd edək ki, üçüncü dövrənin ilk turunda "İnter" "Rəvan"la üz-üz gələcək. Bu görüş ayın 12-də keçiriləcək. 

Xəbər xətti