Droqba və Mançini arasında "soyuq müharibə" davam edir

16:11 - 15 Mart 2014

Baş məşqçi ulduz futbolçunu əvəzlədi
 
"Qalatasaray"ın futbolçusu Didye Droqba ilə baş məşqçi Roberto Mançini arasında yenidən mübahisə olub.
 
Sportal.az xəbər verir ki, ölkə superliqasında "Karabükspor"la matçın 86-ci dəqiqəsində təcrübəlihücumçutopu qapıya vurmaq əvəzinə komanda yoldaşı Umut Buluta ötürmə vermək istəyib. Ancaq ötürmə düzgün olmadığından topu rəqib qazanıb və güclü əks-hücuma keçib. Buna əsəbiləşən R.Mançini D.Droqbanı oyundab çıxardıb. Fildişi sahilli hücumçu isə italiyalı mütəxəssis bu qərarına əsəbiləşib.
 
Qeyd edək ki, "Karabükspor" - "Qalatasaray" matç 0:0 hesabı ilə başa çatıb.

Xəbər xətti