"Qarabağ"la oyunöncəsi "Qəbələ"də iki zədəli, bir cəzalı

00:15 - 18 Mart 2014

Rafael bu matçda forma geyinə bilər
 
"Qəbələ" sabah ölkə kubokunun 1/4 finalının cavab qarşılaşmasında "Qarabağ"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, bu matçdan əvvəl qonaqların heyətində yetəri qədər itki var. Belə ki, ötən mövsümdən cəzalı olan Elnur Allahverdiyev bu matçı buraxmalı olacaq. Ölkə çempionatının son turunda "Bakı" ilə qarşılaşmada əyalət təmsilçisinin iki əsas futbolçusu Rafael Santos və Kamran Ağayev zədələnərək sıradan çıxıb.
 
Santosun zədəsi elə də ciddi deyil, o, dünəndən etibarən məşqlərə başlayıb və bu oyunda forma geyinəyəcəyi güman edilir. Ağayevin zədəsi isə olduqca ciddidir. Onun bu  qarşılaşmda forma geyinmək şansı çox azdır.

Xəbər xətti