"İnter"lə halallaşıb AZAL-da işimə başlayacam"

13:04 - 18 Mart 2014

Vadar Nuriyev: "İnanmıram ki, keçidimdə mənə problem yaratsın"
 
"Tərlan Əhmədovla dünən görüşdüm, onunla birgə AZAL-da işləmək istəyirəm. Əhmədov mənim uşaqlıq dostumdur, biz futbola birgə qədəm qoymuşuq. Onun iş prinsipləri xoşuma gəlir, fikirlərimiz bir-birini tamamlayır".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in  19 yaşlılardan ibarət komandanın məşqçisi Vadar Nuriyev bildirib. O, AZAL-a köməkçi məşqçi kimi keçidinə də şərh verib.
 
Bilirsiniz ki, "İnter"in 19 yaşlılardan ibarət komandasında çalışıram, bu komandamla müqaviləm var. İndi klub rəhbərliyi görüşüb məsələyə aydınlıq gətirəcəyik. İnanmıram ki, keçidimdə mənə problem yaratsın. Onlar da istəyər ki, Premyer Liqada çıxış edən komandada çalışım. Açığı, mən "İnter"ə AZAL-dan gəlmişəm, onda AZAL problem yaratmadısa, "İnter" də qayıtmağıma razılıq verəcək. Hər iki komandanın rəhbərliyi ilə münasibətlərim yaxşıdır. istəmirəm ki, arada narazılıq yaransın. Sözsüz ki, buradan halallıq alıb AZAL-da işimə başlayacam".

Xəbər xətti