Arsen Venqer Joze Mourinyonun cavabını verdi

10:30 - 22 Mart 2014

"İş başında olarkən özümü deyil, klubumuzu təmsil edirəm"

 

“Arsenal” klubunun baş məşqçisi Arsen Venqer “Çelsi”inin çalışdırıcısı Joze Mourinyonun onun haqqında dediklərinə münasibət bildirib. Sportal.az xəbər verir ki, fransız mütəxəssis həmkarının atmacasına belə cavab verib:

 

“İş başında olarkən özümü deyil, klubumuzu təmsil edirəm. Və mən həmişə bizim klub dəyərlərimizə hörmət və ehtiramla yanaşacam. Öz şəxsi hisslərimi isə uzaqda saxlayıram. Mətbuat konfranslarında yaranan vəziyyəti anlayıram, ancaq əsl mübarizə meydanda olur”.

 

Xatırladaq ki, “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun fransız həmkarının qarşıdakı oyunda “Arsenal”da 1000-ci matçına çıxmasına münasibət bildirərkən “tikanlı” ifadə işlətməyi də umutmayıb:

 

“Həm Arsen Venqer, həm də “Arsenal”la fərəh duyuram. Klub həmişə uğursuzluqlar zamanı Venqerin arxasında olub – Uğursuzluqlar da o qədər çox olub ki...

 

Məlumat üçün bildirək ki, bu gün saat 16:45-də İngiltərə Premyer-liqasının növbəti turu çərçivəsində “Arsenal” “Çelsi”ni qəbul edəcək. Qeyd edək ki, “Çelsi” 30 oyundan sonra 66 xalla 1-ci, “Arsenal” isə 29 oyundan sonra 62 xalla 3-cüdür. 

Xəbər xətti