"Yanlış seçim, Moyes, rədd ol !"

10:07 - 28 Mart 2014

"Mançester Yunayted" azarkeşlərindən inanılmaz addım

 
İngiltərənin "Mançester Yunayted" klubunun son həftələrdə göstərdiyi uğursuz nəticələri bu komandanın azarkeşlərini ayağa qaldırıb.
 
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın fanatları Devid Moyesin qovulması üçün inanılmaz addım atacaqlar.
 
Mançester klubunun azarkeşləri 840 funt sterlinqə təyyarə icarəyə götürüblər.
 
Bu təyyarə vasitəsi ilə Moyesin istefaya göndərilməsini tələb edən banner açılacaq. Fanatlar bu banneri martın 29-da Premyer Liqanın növbəti turunda "Aston Villa" ilə ev oyununda "Old Trafford" stadionunun üzərində açılacaq: “Yanlış seçim. Moyes, rədd ol!”

Xəbər xətti