Millimizin futbolçusu oynamadı, komandası qələbə qazandı

15:07 - 5 Aprel 2014

 

"Fortuna" Eratsız qələbə qazandı
 
Almaniya İkinci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı  səfərdə “Padeborn”u 2:1 hesabı ilə məğlub edib.
 
Zədəli Erat bu oyunda iştirak etməyib. Futbolçunun on gündən sonra məşqlərə qoşulacağı ehtimal edilir.
 
Hazırda “Fortuna” 37 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti