"Sumqayıt" "Simurq" üçün başladı

16:09 - 9 Aprel 2014

Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə hazırlığa başlayıb
 
Premyer Liqanın növbəti turunda "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb. Bir müddətdir zədəli olan Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Bu günki məşqdə yalnız Fərid Kərimzadə fərdi məşq edib.
 
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu aprelin 12-də saat 15:00-da Sumqayıtdakı yeni meydançada keçiriləcək.

Xəbər xətti