Sadıq Sadıqov klubun yeni idman direktoru ilə görüşdü

18:48 - 10 Aprel 2014

Yan Versleyn prezidentə fəaliyyət planından danışıb
 
“Neftçi”nin prezidenti Sadıq Sadıqov paytaxt klubunda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru vəzifəsinə təyin edilmiş Yan Versleyeni qəbul edib.
 
Sportal.az xəbər verir ki, görüşdə hollandiyalı mütəxəssis “Neftçi”dəki gələcək fəaliyyət planı ilə bağlı klub prezidentinə məlumat verib.
 
Sadıqov “Neftçi”də gənc yerli futbolçulara hər zaman böyük önəm verildiyini, uşaq və yeniyetmə futbolunun inkişafında Yan Versleyenin təcrübəsinin faydalı ola biləcəyini vurğulayaraq, mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Qeyd edək ki, Hollandiyalı mütəxəssis “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının oyunlarını izləyib.

Xəbər xətti