Qurbanov: " Azarkeşlərimiz möhtəşəm idi"

20:53 - 12 Aprel 2014

"Mütləq qələbə qazanmalı idik"

 

Bu gün Premyer Liqada 30-cu turun son matçında "Qarabağ" "Rəvan"ı darmadağın edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları dilə gətirib:

 

"Ən vacib üç xalımızı qazandıq. Mütləq qələbə qazanmalı idik. İrəlidə çox güclü rəqiblərə qarşı oynayacağıq. Oyunda sürət, yüksək temp var idi. Yaxşı oyun və yaxşı qələbə oldu. Azarkeşlərimiz möhtəşəm idi, sona kimi bizi dəstəklədilər. Qarşıda çətin səfər oyunumuz var, maksimum nəticə əldə etməyə çalışacağıq” 

Xəbər xətti