"Qarabağ" rəsmisindən Mustafa Dənizliyə sərt cavab: "Hocam, əmin ol ki.."

18:54 - 17 Aprel 2014

"Görəsən, "Elazığspor" Hollandiyada neçənci yeri tutar?"
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Futbol+" qəzetinə verdiyi açıqlamada çempionatımızın lideri "Qarabağ"ı Türkiyə Superliqasında 15-ci pillədə qərarlaşan "Elazığspor"la müqayisə edib. Buna cavab olaraq, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "facebook" səhifəsində status paylaşıb.
 
Sportal.az həmin statusu təqdim edir:
 
"Fatih Terimdən daha üstün, daha başarılı saydığım Mustafa Dənizli "F+"ə "Neftçi"və "Qarabağ"ın superliqada heç ilk "6"lığa düşə bilməyəcəyini, "Qarabağ"ı isə 15-ci yerdə gedən "Elazığspor"la müqayisə edib. Hocam, bu sənin şəxsi düşüncəndi amma əmin ol ki, sənin "Elazığspor"un İtaliyada "İnter"lə 2:2 oynasaydı və ya 10 yerli futbolçuyla "Rusenborq"u sıradan çıxarsaydı vallah o zaman "Elazığspor"u "Real"la, "Barselona", "M.Y." ilə müqayisə edərdiniz. Məşqçiləriniz xalq qəhrəmanı, komandanıza isə..
 
"Xəzər-Lənkəran" kimi ölkənin ən böyük futbol camiəsi olan klub elə bu heyətlə, elə yerli stadionu doldurmaqla belə inandırım sizi "Elazığspor"dan daha yaxşı çıxış edər. Əminəm buna..
 
Bugün "Neftçi" və "Qarabağ" superliqada bu heyətlə amma heç demirəm 15 min insan qarşısında oynasa nəinki "6"lığa hətta ilk "3"lük mübarizə aparar.
Amma, bu da var ki, nə qədər insanımız UEFA-nən rəsmən cəzalandırdığı (!), sağlam rəqabətə çoxdan tüpürən (!!)"Qalatasaray", "Fenerbaxca", "Beşiktaş"ı özünküləşdirəcək, onları rənginə tutulub əvəzində öz komandalarımızın uğurlarına "alqı-satqı" və başqa damğa vuracaq biz də "Elazığspor"la müqayisə olunacağıq.
 
Bilirsiz niyə çempionluq üçün mübarizə apara bilməz? Çünki, UEFA cəzalalandırdığı (bu qurum əlində dəqiq dəlil olmasa) bu klublar dirəniblərsə ki, tərtəmizik bizimkilərin orda hətta "Bavariya"nında da çempion olmaq şansı yoxdu.
 
P.S. "Qarabağ"ın "Tvente" ilə Bakıdakı oyundan sonra holland jurnalistlərdən biri dedi ki, bu komanda Hollandiya erediviziyasında ilk "5" üçün mübarizə aparacaq gücdədir. Bunu eşidən yetərincə məşhur jurnalistimiz dedi ki, "Bunun futboldan baş çıxmır ki?" 
 
P.P.S. Görəsən, "Elazığspor" Hollandiyada neçənci yeri tutar?"

Xəbər xətti