"Sumqayıt"da futbol festivalı keçiriləcək

00:22 - 19 Aprel 2014

Seleksiya xarakterli təlim- məşq toplanışı keçiriləcək
 
"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə aprelin 22-də Sumqayıtda Futbol Festivalı keçiriləcək.
 
Sportal.az xəbər verir ki, 8-14 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunacaq.

Tədbir aprelin 22-də saat 10:00-da Mehdi Hüseynzadə adına stadionun yeni meydançasında baş tutacaq. Özünü sınamaq istəyən yuxarıda qeyd olunan yaşa uyğun olan bütün futbolçuları seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edirik.

Xəbər xətti