Kanales: "Neftçi"yə keçidimin həll olunması haqda deyilənlər isə yalandır" MÜSAHİBƏ

17:03 - 22 Aprel 2014

"Mən də "Neftçi"də qalmaq istəyirdim, lakin onların təklifi məni qane etmədi"
 
Premyer Liqada 2012/13 mövsümünün bombardiri olan Nikolas Kanales 1news.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni sizə təqdim edir:

- Azərbaycanda xeyli sayda pərəstişkarlarınız qalıb. Onlar ölkəmizə gəlib-getmiş ən yaxşı legionerlərdən birinin karyerası ilə maraqlanır…
- “Neftçi” azarkeşlərinin hamısına təşəkkür edirəm. Azərbaycanda oynadığım müddətdə də onların dəstəyini hiss edirdim. Onların bəziləri ilə indi də əlaqəm var.

- Yəqin ki, onlar da niyə komandada qalmamağınızı soruşurlar. Bəs onlara nə deyirsiz?
- Mən də “Neftçi”də qalmaq istəyirdim. Lakin onların təklifi məni qane etmədi. Sonra isə “Kolo-Kolo”dan dəvət aldım. Onların təklif etdiyi maliyyə şərtləri heç də “Neftçi”nin təklifindən geri qalmırdı. Vətəndə oynamaq imkanının yaranması da öz sözünü dedi və “Kolo-Kolo”nu seçdim.

- Ölkəmizdəki qolçuluq bacarığınızı Çilidə nümayiş etdirə bilməməyiniz nə ilə bağlıdı?
- “Kolo-Kolo”ya keçəndə qol vurmağa başladım. Lakin zədələnib, 2 aylıq sıradan çıxdım. Sonra isə “Uonderers”ə icarəyə verildim. Bu komanda da ümumi problemlər üzündən uğursuz çıxış edir.

- Azərbaycan mətbuatında sizin “Neftçi”yə qayıdacağınız, hətta razılıq əldə olunduğu iddia edilir. Bunlar nə dərəcədə həqiqəti əks etdirir?
- Əlbəttə ki, Azərbaycana qayıtmaq istəyərdim. Təbii ki, bu məsələdə mənim üçün ən yaxşı variant “Neftçi”dir. Bu komandada özümü yaxşı hiss edirəm. Lakin təklif olarsa, Azərbaycanın başqa yaxşı klubuna da keçərəm. “Neftçi”yə keçidimin həll olunması haqda deyilənlər isə yalandır. Mənim işlərimlə agentim məşğul olur. Nə mənə, nə də ona heç bir rəsmi təklif olunmayıb.

- Azərbaycan haqda hansı xatirələriniz qalıb?
- Bunlar ən yaxşı xatirələrdir. Azərbaycanda mənim çox sayda dostlarım qalıb. Onlarla danışıram. Bakını da çox sevdim. İndi bu şəhər üçün darıxıram.

- “Neffçi”dəki hansı oyununuz ən yaddaqalandır?
- Avropa Liqasındakı oyunlarımız. Milan “İnter”inə vurduğum 2 qolu isə heç vaxt unutmayacam.

Xəbər xətti