"Araz Naxçıvan" "Karvan" üçün hazırlaşır

18:22 - 23 Aprel 2014

Komandada 1 itki var
 
Azərbaycan I Divizionunun lideri "Araz-Naxçıvan" PFK "Karvan"la oynayacaq matçın hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, son tur "Göyəzən" üzərində böyükhesablı qələbə qazanan muxtar respublika təmsilçisi istirahət etmədən növbəti görüş üçün məşqlərə start verib.
 
Gündə iki dəfə olmaqla məşq prosesini davam etdirən komandanın heyətində yalnız bir cəzalı futbolçu var. Bəxtiyar Soltanovun Yevlaxda keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqdi. Hücumçudan başqa heyətdə cəzalı və zədəli futbolçuların olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirməyə bilməz.

Artıq komandanın Yevlaxa yola düşəcəyi vaxt da dəqiqləşib. Belə ki, komanda aprelin 26-da Gəncəyə, ordan isə Aran zonasına yollanacaq.


Qeyd edək ki, 27-ci turda keçiriləcək "Karvan" - "Araz-Naxçıvan" matçı aprelin 27-də oynanılacaq.

Xəbər xətti