"Bizim üçün kubok çempionatdan daha vacibdir"

00:02 - 26 Aprel 2014

Nfor: "Bir məqsədimiz var , o da mövsümü titulla başa vurmaq"
 
"Rəvan"la oyunda açıq-aşkar üstün tərəf bioz idik vəı layiqli qələbə qazandıq. "Sumqayıt"a məğlubiyyətdən sonra komanda bütün diqqətini bu oyuna yönəltmişdi və istəyirdik ki, uğursuz gedişə son qoyaq. Finaldakı rəqibimizin kim olmasının bizim üçün elə də önəmi yoxdur, biz çıxıb öz oyunumuzu oynayıb kubok üçün vuruşacağıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin hücumçusu Ernest Nfor bildirib. O, çempionatdakı durumlarına da toxunub.
 
"Hazırda üçüncü pillədəyik və ikinci pillə ilə aramızda cəmi 3 xal fərqi var. Çalışcağıq ki, çempionatı ən azı mükafatçılar asırasında tamamlayaq. Bizim bir məqsədimiz var , o da mövsümü titulla başa vurmaq. Ona görə də, hazırki vəziyyətdə kubok bizim üçün çempionatdan daha vacibdir"

Xəbər xətti