Kamal Bayramov: "Araz məni heç kimlə səhv salmasın"

14:22 - 26 Aprel 2014

Araz Abdullayev və Kamal Bayramov aralarındakı baş verən qalmaqaldan danışdı
 
Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Neftçi"nin futbolçusu Araz Abdullayevlə "Rəvan"ın futbolçusu Kamal Bayramov arasında mübahisə baş vermişdi.
 
Sportal.az hər iki futbolçudan qalmaqalın səbəbini öyrəndi və həmin fikirləri təqdim edirik:
 
Kamal Bayramov: "Araz məni heç kimlə səhv salmasın. Başını aşağı salıb, futbol oynasın. Mənə arxadan çiyin vurdu. Mən də onunla dırnaqarası elə belə söhbət etdim".
 
Araz Abdullayev: "Böyüdüləsi heç nə yoxdur. Kamal mənim böyük qardaşımdır".

Xəbər xətti