"Hakimin sarı vərəqəni niyə Subotiçə göstərildiyini başa düşmürəm"

20:00 - 27 Aprel 2014

Yuri Syomin: "Futbolçular verilən tapşırıqların öhdəsindən gəldilər"
 
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Simurq” oyunu ilə bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çətin keçdiyini gizlətməyib:
 
“Bizim üçün çətin oyun idi. Çünki, iki gün əvvəl kubokun yarımfinalında ağır oyun keçirmişdik. Əsas heyətdə dörd yeni oyunçuya şans verdim, onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı. Futbolçular verilən tapşırıqların öhdəsindən gəldilər. Subotiçin sarı vərəqə limitinə düşməməsi üçün onu ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Ebesilio ilə ikisi topun arxasında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə Subotiçə göstərildi. Hakimin sarı vərəqəni niyə Subotiçə göstərildiyini başa düşmürəm. Ona görə də o, növbəti oyunu buraxacaq". 

Xəbər xətti