"Çelsi" "Liverpul" səfərindən 3 xalla qayıtdı VİDEO

07:03 - 28 Aprel 2014

"Mançester Siti"dən növbəti qələbə
 
İngiltərə Premyer Liqasında 36-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, dünən daha 3 qarşılaşma baş tutub.

"Sanderlend" öz meydanında "Kardiff"lə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.

Turnir cədvəlinin ilk pilləsində yer alan "Liverpul" ən yaxın izləyicisi "Çelsi"ni qəbul edib. Mourinyonun komandası səfərdən 2:0 hesablı qələbə ilə qayıdıb.

"Kristal Palas" isə doğma meydanda "Mançester Siti"yə uduzub - 0:2.


"Sanderlend" - "Kardif Siti" 4:0
Qollar: Vişkam, 26, Borini, 45, Qiaçerinni, 76, Vişkam, 86

"Liverpul" - "Çelsi" 0:2
Qollar: Demba Ba, 45+3, Vilian, 90+4

"Kristal Palas" - "Mançester Siti" 0:2
Qollar: Dzeko, 4, Ture, 43

Xəbər xətti