Çempionlar Liqasında ilk finalçı məlum oldu YENİLƏNİB

01:55 - 30 Aprel 2014

"Real", yoxsa "Bavariya"?
 
Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk görüş günündə bir qarşılaşma oynanılacaq.
 
Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan "Bavariya" doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
Yarımfinal mərhələsinin digər oyunu "Çelsi" - "Atletiko" (Madrid) matçı isə sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
Çempionlar Liqası yarımfinal
 
29 aprel
 
23:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) 0:4
Qollar: Ramos, 16,20, Ronaldo,34,90
İlk oyun - 0:1

Xəbər xətti