"Xəzər Lənkəran" və PFL "Qarabağ"ın təklifini qəbul etdi

16:07 - 8 May 2014

Ağdam təmsilçisi son oyununu Bakıda keçiriləcək
 
Çempionluğu dünən "İnter"lə oyunda qələbə qazanaraq rəsmiləşdirən "Qarabağ" qızıl medal və kuboka çempionatın son turda "Xəzər Lənkəran"la oyundan sonra sahib çıxacaq.

Sportal.az xəbər verir ki, Lənkəranda baş tutmalı olan oyun Ağdam klubunun istəyi ilə Respublika stadionunda keçiriləcək.

Bu təklifə "Xəzər Lənkəran" və PFL müsbət cavab verib.

Beləliklə, oyun Bakıda baş tutacaq.

Xəbər xətti