Qurban Qurbanov məğlubiyyətə şərh verdi

21:11 - 12 May 2014

"Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir"
 
Premyer Liqanın 35-ci turunda çempion "Qarabağ" səfərdə "Sumqayıt"a minimal fərqlə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyətə belə şərh verib:
 
"Rəqibi qələbə ilə təbrik edirəm. Heyətdə müəyyən dəyişiklilər etsək də, oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” ilk hissədə daha yaxşı təsir bağışladı, qol vurmaq şansları daha çox idi. Fasilədən sonra biz daha yaxşı oynasaq da, qapımızda qol gördük. Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir. Bu oyunu təhlil edib, futbolçulara iradımızı çatdıracağıq. Yanvar ayından “Sumqayıt” baxımlı oyun göstərir. Komanda sürətli əks-hücumlar qurmağı bacarır. Onlara gələcəkdə uğurlar arzulayıram "

Xəbər xətti