"Futbolçular bütün tapşırıqları yerinə yetirə bilməsə də..."

21:15 - 12 May 2014

Aqil Məmmədov: "İlk hissədə daha yaxşı təsir bağışladıq"
 
Premyer Liqanın 35-ci turunda "Sumqayıt" doğma meydanda "Qarabağ"ı minimal fərqlə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyun haqqında fikirlərini bildirib:
 
"Çempion olması münasibəti ilə “Qarabağ”ı təbrik edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında uğurlu çıxışı ilə bizi sevindirərlər. Oyun bizim üçün çox vacib idi. Futbolçular bütün tapşırıqları yerinə yetirə bilməsə də, yekunda qələbə qazana bildik. İlk hissədə daha yaxşı təsir bağışladıq, lakin qələbə qolunu ikinci hissədə vura bildik. Futbolda belə hallar olur. Çalışacağıq ki, növbəti turda da azarkeşlərimizi sevindirək".

Xəbər xətti