"AFFA-dan dedilər ki, sən gəlməsən, daha yaxşı olar"

13:35 - 21 May 2014

Vüqar Nadirov millidən kənar qaldı
 
Millimizin hücumçusu Vüqar Nadirov yığma ilə ABŞ-a yollanmadığını bildirib.
 
Sportal.az xəbər verir ki, Nadirov bu barədə öz Facebook səhifəsində qeyd edib:

“Hamıya pis xəbərim var. Mən ABŞ-a gedə bilmədim. Dünən AFFA-dan demişdilər ki, ayağımla problemim olmasa, məni aparacaqlar. Ancaq sonra dedilər ki, sən gəlməsən, daha yaxşı olar. Dizimdə ağrılar var. Mənə dedilər ki, zədə ağırlaşa bilər. Mən özüm getmək istəyirdim. Ancaq mənə icazə vermədilər. Komandanı evdən dəstəkləyəcəyəm. Allah qoysa, futbolçular yaxşı nəticə ilə qayıdarlar”.

Xəbər xətti