Millimiz ABŞ-a məğlub oldu

09:03 - 28 May 2014

ABŞ doğma meydanında qələbə qazandı
 
Futbol üzrə milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Berti Foqtsun komandası səfərdə ABŞ yığması ilə üz-üzə gəlib.

Gələn ay Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək rəqibimiz bu oyunun əsas favoriti hesab olunurdu. Bakı vaxtı ilə 07:10-da (Amerika vaxtı ilə 19:10-da) start götürən görüş ABŞ yığmasınıb 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz bu il ilk yoxlama oyununu Filippinə qarşı keçirib və 1:0 hesabı ilə qaıib gəlib.

28 may

Yoxlama oyunu


07:10. ABŞ - Azərbaycan 2:0
Qollar: Diskerud, 75, Yohanson, 81
San-Fransisko. “Kandlestik Park” stadionu


ABŞ: Tim Hovard (k), Fabian Conson, Mett Besler, Ceff Kemeron, Klint Dempsi, Maykl Bredli, Qrem Zusi, Da Markus Bizli, Alexandro Bedoya, Cermeyn Conc, Cozi Altidor.
 
Azərbaycan: 1. Kamran Ağayev 3. Rasim Ramaldanov, 29. Elvin Yunuszadə, 4. Mahir Şükürov (k), 8. Qara Qarayev, 15. Ruslan Abışov 20. Ufak Budak 24. Abdulla Abasiyev, 7. Vaqif Cavadov, 10. Rüfət Dadaşov 11. Rauf Əliyev

Ehtiyatda qalanlar: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 5. Şəhriyar Rəhimov, 9. Cihan Özkara, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 18. Maksim Medvedev, 25. İlkin Qırtımov, 28. Pərdis Fercad-Azad

Xəbər xətti