Millimizin baş məşqçisi: "Bu, komandaya mənfi təsir etdi, özünəinam hissi azaldı"

07:51 - 2 İyun 2014

"Yorğunluq hesabda da öz əksini tapdı"
 
Dünən 21 yaşlılardan ibarət milli komandamız AÇ-2015 seçmə mərhələsində Norveç yığmasına minimal fərqlə məğlub olub 1:0
 
Sportal.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçi Bernhard Lippert məğlubiyyətə şərh verib:
 
"Birinci hissədə pis oynamadıq. Bir neçə qol epizodundan yararlana bilmədik. Fasilədə oyunun ən yaxşılarından olan Elvin Yunuszadənin zədə səbəbindən əvəzlənməsi komandaya mənfi təsir göstərdi, özünəinam hissi azaldı. Topa nəzarəti itirdik, topsuz çox hərəkət etməli olduğumuzdan çox qüvvə sərf etdik və yorğunluq hesabda da öz əksini tapdı"

Xəbər xətti