"Milan"ın yeni baş məşqçisi məlum oldu

19:08 - 9 İyun 2014

Komandanı sabiq çalışdırıcı çalışdıracaq
 
İtaliyanın "Milan"komandasına yeni baş məşqçi təyin olunub.
 
Sportal.az xəbər verir ki, bu hər kəsin yaxşı tanıdığı əfsanə futbolçu Filipo İnzaqidir. 40 yaşlı mütəxəssislə 2016-cı ilə qədər müqavilə imzalanıb. İnzaqi bundan əvvəl "Milan"ın əvəzedici heyətinə baş məşqçilik edirdi. Klarens Zeedorf isə tutduğu postdan istefaya göndərilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, "Milan" ötən mövsüm İtaliya A Seriyasında 8-ci olmuş və avrokuboklardan kənarda qalmışdı.

Xəbər xətti