"Monako" Valdesdən imtina etdi

17:18 - 10 İyun 2014

Qolkiper "Barsa"da qala bilər
 
Uzun müddətdir ki, Viktor Valdesin "Monako"ya keçəcəyi barədə xəbərlər gəzirdi.
 
Sportal.az xəbər verir ki, fransız klubu ispan qolkiperi transfer etmək fikrindən daşınıb. "Monako" rəsmiləri bu qərarı Valdesin mart ayında aldığı zədə səbəbindən yeni mövsümün startına yetişməyəcəyilə əlaqələndiriblər.

Daha öncə, Viktor Valdesin özünə yeni klub tapmayacağı təqdirdə, "Barselona"da qala biləcəyi açıqlanmışdı.

Xəbər xətti