"Qəbələ" braziliyalısından da imtina etdi

11:01 - 19 İyun 2014

Əyalət təmsilçisindən gedənlərin siyahısı
 
“Qəbələ”dən daha bir futbolçunun gedişi dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, komandanın keçmiş baş məşqçisi Yuri Syominin Donetsk “Metallurq”undan gətirdiyi  Leonardo da Silva Souzanın xidmətinə ehtiyac duyulmayıb. Souza ötən mövsüm “Qəbələ”də yaxşı çıxışıyla diqqət çəkmişdi.  O, 31 çempionat oyununda meydana çıxaraq 7 qol vurmuşdu.

Daha əvvəl isə “Qəbələ”dən Marat İsmayılov, Dieqo Koşta, David Petjkeviç, Nikola Valentiç, Lorival Assis, Davron Erqaşev, Elmar Baxşıyev, Abdulvahid Afolabi, İbrahima Niasse, Lorentso Ebesilio və Amit Quluzadə ayrılmışdı.

Xəbər xətti