İngiltərə 56 il sonra ilk dəfə

23:20 - 24 İyun 2014

İngiltərə millisi mundial ilə vidalaşdı
 
Braziliyada keçirilən dünya çempionatı davam edir.
 
Sportal.az xəbər verir ki, İspaniyanın ardından bu gün İtaliya və İngiltərə seçmələri də qrup mərhələsini adlaya bilmədi. İngiltərə millisi bu mundialda keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilmədi. Uruqvay ilə oyunda 2-1 , İtaliya ilə oyunda 3-1 hesablı məğlubiyyət və bu gün sonuncu oyunda qrupun lideri olan Kosta Rika ilə oynanılan qolsuz heç-heçə. 
 
Məlumata görə bu göstərici sonuncu dəfə 1985-ci ildə qeydə alınmışdı. Bu nəticə İngiltərə tarixində 3-cü haldır ki təkrarlanır. 
 
Bu uğursuz nəticədən sonra İngiltərə Futbol Federasiyası baş məşqçi Roy Hodgson ilə müqaviləni davam etdirməyi qərara alıb.

Xəbər xətti