"Çelsi"dən rekord məbləğdə transfer

18:27 - 27 İyun 2014

London klubu "Yuventus"da çıxış edən  Poqbanı heyətə qatmaqda israrlıdır

 

“Çelsi” klub tarixinin rekord məbləğdə transferini reallaşdırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Joze Maurinyo onun transferinin həll olunmasını klub rəhbərliyindən tələb edib.

“Çelsi”nin sahibi Roman Abramoviç Poqbaya görə 75 milyon ödəməyə hazırdı. Bu məbləğ klub üçün rekord həddi.

Poqbanın “Yuventus”la müqaviləsi 2016-cı ildə başa çatır. Rəhbərlik futbolçunu Turində  saxlamaq üçün ona sərfəli şərtlə yeni müqavilə təklif edib. 

Xəbər xətti