"Tvente"nin baş məşqçisi: "Qarabağ" haqda geniş təsəvvürüm yoxdur"

19:25 - 8 Avqust 2014

Ağdam klubu pley-ofda mübarizə aparacaq
 
Klub bu gün keçirilən püşkatmada Hollandiyanın "Tvente" klubuna rəqib olub.
 
Sportal.az xəbər verir ki, klubun baş məşqçisi püşkatmadan sonra klubun rəsmi saytına açıqlama verib:
 
"Qarabağ" haqda geniş təsəvvürüm yoxdur, ancaq onların Çempionlar Liqasının III təsnifat mərhələsində "Zalsburq"la oynadıqlarını bilirəm. Bakıda 2:1 qələbə qazansalar da, səfərdə 0:2 hesabı ilə məğlub olublar. "Qarabağ" bizim üçün yaxşı rəqibdir. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik və bunun üçün mübarizə aparcağıq".
 
Qeyd edək ki, "Qarabağ" və "Tvente" komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək.

Xəbər xətti