Luis Enrike: "Mən məşqçiyəm, sehrbaz deyiləm"

16:00 - 10 Avqust 2014

"Barselona"nın baş məşqçisi ehtiyatlı danışdı

 

İspaniya cempionatında yeni mövsümə avqustun 23-də start veriləcək

 

Sportal.az xəbər verir ki, La Liqanın açılış matçında “Malaqa” – “Atletik (Bilbao) komandaları üz-üzə gələcəklər. İspaniya nəhəngi “Barselona” ilk turda doğma divarlar arasında “Elçe”ni sınağa çəkəcək Luis Enrikenin başçılığı altında “Barselona” ilk qarşılaşmaya ciddi hazırlaşır. Yayda komandanı qəbul edən Luis Enrike bir qədər ehtiyatlı danışıb.

 

“Bizim komandada böyük potensial var. Fikrimcə, yavaş-yavaş komanda sistemə düşəcək. Əsas odur ki, futbolçular məşqlərdə verdiyim taktikanı oyunda da yerinə yetirə bilsinlər. Mən məşqçiyəm, sehrbaz deyiləm. Əlimdə də sehrli çubuq yoxdur ki, onları istədiyim kimi oyunda idarə edim. Onlar peşəkardırlar və necə oynayadıqlarını daha yaxşı bilirlər. 

Xəbər xətti