UEFA Kubokunda ilk dəfə mərhələ keçən komandamız dağıldı

15:30 - 18 Avqust 2014

"Karvan" birinci dəstədə mübarizə aparmayacaq 

 

Azərbaycan I divizionunda mübarizə aparan komandalardan biri fəaliyyətini dayandırıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, Yevlaxın "Karvan" komandası maliyyə problemləri ucbatından yeni mövsümdən artıq fəaliyyət göstərməyəcək.

 

Xəbərii komandanın baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O bildirib ki, komandanın sponsor problemi olduğundan fəaliyyət göstərə bilməyəcəklərini anlayıblar. Bunun nəticəsində də artıq "Karvan"ı dağılan klublar karvanına qoşublar.

Xəbər xətti