"Arsenal"dan Kavani üçün 50 milyonluq təklif

21:10 - 27 Avqust 2014

Jirunun zədələnməsi klubun planlarını pozdu
 
İngiltərə çempionatının ilk turunda "Totenhem" ilə oyunda ayağı sınan Jiru 4 ay kluba qoşula bilməyəcək.
 
Sportal.az xəbər verir ki, "Arsenal" rəhbərliyi onun yerini doldurmaq üçün futbolçu axtarışına çıxıb. Baş məşqçi Arsene Vengerin də istədiyi Edinson Kavani, klubun transfer siyahısına salınıb. Londonlular bu transferə 50 milyon funt-sterlin ayırıb.

Xəbər xətti