Gökdəmir Qəbələ ilə oyunda Simurqa kömək edə bilməyəcək

14:29 - 13 Sentyabr 2014

Yeni transfer Vüqar Mustafayev məşqdə iştirak edib

 

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb.

 

Sportal.az xəbər verir ki, bir saatdan artıq davam edən son məşq isinmə hərəkətləri ilə başlayıb.


Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib.
 


Məşqdə dizindən əməliyyat olunan yeni transfer Vüqar Mustafayev də iştirak edib. İsinmə hərəkətlərindən sonra o və belində ağrılar olan Əli Gökdəmir komandadan ayrı, fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib.

 

Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri artıq qarşılaşmanın başlama saatını gözləyir. Qeyd edək ki, "Simurq" - "Qəbələ" matçı saat 17:00-da start götürəcək.

Xəbər xətti