"Barselona"da şok: "Atletik"lə qarşılaşmada iştirak etməyəcək

14:50 - 13 Sentyabr 2014

Təcrübəli müdafiəçi zədələnib

 

"Barselona" klubu daha bir ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Daniel Alveş xəsarət alıb.

 

Məşqi zamanı zədələnən müdafiəçi "Atletik"lə qarşılaşmada iştirak etməyəcək. Alveşlə yanaşı, Duqlas, Mark Bartra, Rafinya və Tomas Vermalen də "Atletik"lə matçda komandasına kömək edə bilməyəcək.
 


Qeyd edək ki, "Barselona" - "Atletik" görüşü bu axşam, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti