İspaniya La Liqası: Madrid derbisinin qəhrəmanı – Arda Turan!

03:00 - 14 Sentyabr 2014

Neymarın dublu "Barsa"ya bəs etdi
 
İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Liqanın lideri "Barselona" doğma divarlar arasında Bilbaonun "Atletik" klubunu qəbul edib. “Barsa”nın braziliyalı ulduzu Neymar dubl edərək komandasına 2:0 hesablı qələbə qazandıtıb. 
 
Turun mərkəzi qarşılaşması Madriddə keçirilib. Burada əzəli rəqiblər "Real" - "Atletiko" komandaları üz-üzə gəlib. "Land of Fire Azerbaijan" formalı "Atletiko" klubu qələbə qazanıb. 
 
Matçın qəhramanı "Atletiko"nun türkiyəli ulduzu Arda Turan olub. 61-ci dəqiqədə meydana daxil olan Arda 15 dəqiqə sonra “Real”ın qapı torunu silkələyib - 2:1.
 
 
13 sentyabr
 
İspaniya La Liqası, 3-cü tur 
 
"Real" (Madrid) - "Atletiko" (Madrid)  1:2
Qollar: Donaldo, 26-pen - Tiaqo, 10, Arda Turan, 76
 
"Barselona" - "Atletik" (Bilbao)  2:0
Qol: Neymar, 79, 84
 

Xəbər xətti