Zamparini “Latsio”nun prezidentini diktator adlandırdı

01:15 - 17 Sentyabr 2014

"Lotito belə firildağçılıqla uzağa germəyəcək"        
 
“Palermo” klubunun prezidenti Mauriçio Zamparini maraq duğuran açıqlamaları İtaliya mətbuatında gündəmə gəlib.
 
Sportal.az xəbər verir ki, Zamparini “Latsio” klubunun prezidenti Lotitonu “kiçik diktator” adlandırıb.
 
“Lotito balaca diktatordur. O, federasıya rəhbərliyinə qarşı çıxmış kimi özünü göstərərək qəhrəman hesab edir. Əslində o federasiyaya “işləyir”. Lotito federasıyanın yeni rəhbəri Karlo Tavekkonun adamıdır və onun hesabına komandasını irəli aparmaq istəyir. Lotito belə firildağçılıqlara uzağa getməyəcək”.        

Xəbər xətti