Argentinalı futbolçuda xərçəng aşkarlandı

03:15 - 17 Sentyabr 2014

Xonas Qutyerres: "Ağır xəstə olduğumu xəbər tutanda..."
 
“Nyukasl” klubunun müdafiəçisi Xonas Qutyerresin səhhəti yaxşı deyil.
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu xəstəxanaların birində xərçəng xəstəliyi ilə mübarizə aparır. Bir il əvvəl “Arsenal”la qarşılaşmada Bakalı Sanya ilə toqquşmada huşunu itirən futbolçu bir müddət məşqlərə qatılmayıb. Tibbi müyinə zamanı həkimlər futbolçunun daxili orqanında xərçəng aşkarlayıb. Qutyeres müalicə almasına baxmayaraq komandasına hərdən dəstək də verib:
 
“Ağır xəstə oldiğumu biləndə evə gəldim.  Sadəcə, pəncərədən boylanıb küçəyə baxdım.  Mən qaldığım evin ətrafında mənzərəli yerlər var. Demək olar ki, hər gün o yerləri gəzirdim. Ağır xəstə olduğumu bilirəm və ömrümə də az qalıb. Həyat nə qədər gözəl olsa da, amansız xəstəlik insanın arzularını ürəyində qoyur. Mənim də arzum güclü futvolçu kimi tanınmaq idi. Ancaq nə etçək olar... Bəzən özümü yaxşı hiss edəndə doğma komandam “Nyukasl”ın oyunlarını stadiondan izləyirəm. Son vaxtlar ağrılar şiddətli olduğundan heç yana çıxmıram. Komanda yoldaşıatım mənə rez-tez baş çəkir. Düzdü, hazırda onların da vəziyyəti elə də yaxşı deyil, komanda qələbə qazana bilmir.  “Nyukasl”ın çətin vəziyyətdən çıxacağına və daha da irəlilərə gedəcəyinə inanıram”.                  

Xəbər xətti