Dmitri Nazarovun komandası məğlub oldu

16:30 - 28 Sentyabr 2014

"Karlsrue" növbəti matçını keçirib

 

Futbol üzrə Almaniya 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun komandası “Karlsrue” doğma meydanda "İnqolstat"ı qəbul edib.  

 
Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb-0:1. Milli komandamızın üzvü Nazarov qarşılaşmanın 42-ci dəqiqəsində meydana çıxıb.  

 
Qeyd edək ki, “Karlsrue” 12 xalla turnir cədvəlində 7-ci yerdədir.

Xəbər xətti